Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda restoranda qaz balonu partlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 63 nəfər isə müxtəlif bədən xasərətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Partlayışdan sonra başlayan yanğın söndürülüb: "Polislər partlayışın baş verdiyi restoranın qarşısında geniş təhlükəsizlik tədbirləri alıb. Partlayış ətrafdakı bəzi binalara da ziyan vurub. 1 şübhəli saxlanılıb. Torbalı Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində H.C adlı şəxsin dünən həmin qaz balonunu dəyişdirdiyi müəyyən edilib. Artıq onun barəsində həbs-qətimkan tədbiri seçilib".
Lamiyə Əhmədli
MİA.AZ