Ələt-Astara avtomobil yolunda yanğın olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.Ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.
"Tır" yük avtomobilində baş verən yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.