ABŞ-ın Avropadakı hərbi bazaları terror hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Onların fikrincə, terror hücumunun hədəfi ABŞ hərbçiləri və ya obyektləri ola bilər:
"Onlar 10 ildə ilk dəfədir ki, bu səviyyədə təhlükə ilə üzləşirlər. Hərbçilər ABŞ-ın Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart da daxil olmaqla, döyüş hazırlığının səviyyəsini artırıb.
Təhlükəsizlik tədbirlərinin artırılmasına hansı kəşfiyyatın səbəb olduğu hələlik bəlli deyil".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun