Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı Milli Birlik partiyası liderlik edir.
APA xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.
Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb. “Respublika naminə birlik” prezident koalisiyası isə 22% səslə üçüncüdür.