AZ

Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

AZAL-dan Demokrat.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Seçilən
14
49
demokrat.az

10Mənbələr