Bu yay “Qarabağ”dan ayrılan Adama Diakabinin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
O, Türkiyə I Liqa təmsilçisi “Bandırmaspor”a keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvarından bu ilin iyununa kimi “Qarabağ”da çıxış edən fransalı futbolçu Ağdam klubunda 33 matçda 7 qol vurub.