AZ

"Sabah"ın rəqibi təcrübəli futbolçu ilə yolları ayırdı

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda "Sabah"ın rəqibi olan Hayfa "Makkabi"si təcrübəli futbolçu ilə yolları ayırıb. Sport24.az "isport.co.il" portalına istinadən xəbər verir ki, İsrail klubu 37 yaşlı mərkəz hücumçusu Tomer Hemedlə vidalaşıb.
 
İsrailli peşəkar karyerasını başa vurmaq qərarına gəlib.
 
Qeyd edək ki, "Sabah" – "Makkabi" matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Seçilən
152
2
sport24.az

7Mənbələr