AZ

İsrailli hücumçu "Sabah"ı gözləmədən başa vurdu, İngiltərədə çalışacaq

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” klubu təcrübəli futbolçu ilə ayrılıb.

Sportinfo.az “isport.co.il” portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisi 37 yaşlı mərkəz hücumçusu Tomer Hemedlə vidalaşıb.İsrailli peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

O, İngiltərənin "Brayton" klubunda çalışacaq. Bu məqsədlə Hemed artıq İngiltərəyə yollanıb.

“Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
sportinfo.az

7Mənbələr