AZ

İrəvanda hindli kişiyə cinsi təzavüz edib, videoya çəkdilər

Bu gün saat 17:30 radələrində İrəvanın Erebuni Polis Şöbəsinə iki gün əvvəl Nar-Dos küçəsindəki evlərin birində əcnəbinin vəhşicəsinə döyülərək işgəncələrə məruz qalması barədə əməliyyat məlumatı daxil olub.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, zərərçəkən, Hindistan vətəndaşı 43 yaşlı K.Kumarın İrəvan Tibb Mərkəzinə, oradan isə Heratsi adına 1 saylı Universitet Xəstəxanasına aparıldığı üzə çıxıb. Belə ki, Hindistan vətəndaşı Kaldip Kumar Kaşmir Lal 24 iyunda orada ev kirayə edib. İyunun 25-də saat 00:05-də onun evinə girən Tinka və Mani adlı şəxslər onu döyüblər, cinsi təcavüz ediblər, cinsiyyət orqanını yandırıblar, çılpaq halda videoya çəkiblər, videonu ailəsinə göndəriblər və 2000 dollar pul tələb ediblər. Fidyə göndərilməsə, onu öldürəcəkləri ilə hədələyiblər. Bundan əlavə, onun şalvarının cibindən 500 dollar götürüblər, özünün isə əl-qolunu bağlayaraq, otaqlardan birinə atıblar.

Yalnız yaxınlarının müraciətindən sonra 3 nəfər gələrək, onu xəstəxanaya yerləşdirib.

Seçilən
67
2
buta.tv

3Mənbələr