AZ

ÜST-dən həyəcanlı hesabat! Hər il 2,6 milyon insanın ölümünə səbəb olur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il 3 milyondan çox insan alkoqol və narkotik istifadəsi səbəbindən ölür və onların əksəriyyəti kişilərdir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, ÜST alkoqol və narkotik istifadəsi nəticəsində yaranan sağlamlıq problemləri və ölümlərlə bağlı hesabat dərc edib.

 

2019-cu ilin məlumatlarını ehtiva edən hesabatda qeyd olunub ki, hər il 2,6 milyon insan alkoqol qəbulu səbəbindən ölür ki, bu da bütün ölümlərin 4,7 faizini təşkil edir.

 

Hesabatda hər il 0,6 milyon ölümün psixoaktiv narkotik istifadəsi səbəbindən baş verdiyi ifadə edilərək, xüsusilə kişilərdə 2 milyon insanın alkoqoldan, 0,4 milyonunun isə narkotikdən öldüyü vurğulanıb.

 

Hesabatda dünyada təxminən 209 milyon insanın alkoqol aludəçisi olduğu qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
aztibb.az

2Mənbələr