AZ

ÜST: "Hər il 3 milyondan çox insan alkoqol və narkotik istifadəsi səbəbindən ölür"


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il 3 milyondan çox insan alkoqol və narkotik istifadəsi səbəbindən ölür və onların əksəriyyəti kişilərdir.

7NEWS.az xəbər verir ki, ÜST alkoqol və narkotik istifadəsi nəticəsində yaranan sağlamlıq problemləri və ölümlərlə bağlı hesabat dərc edib. 2019-cu ilin məlumatlarını ehtiva edən hesabatda qeyd olunub ki, hər il 2,6 milyon insan alkoqol qəbulu səbəbindən ölür ki, bu da bütün ölümlərin 4,7 faizini təşkil edir. Hesabatda hər il 0,6 milyon insanın psixoaktiv narkotik istifadəsi səbəbiylə öldüyü ifadə edilərək, 2 milyon insanın spirtli içki, 0,4 milyon insanın isə narkotik səbəbiylə başda kişilər olduğu vurğulanıb.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
7news.az

2Mənbələr