AZ

"Şamaxı"da növbəti ayrılıq

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

AzxeberSport xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi Kənan Quliyevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub Quliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Şamaxı" daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Əsgərov, Fuad Bayramov, ilə yollarını ayırıb.

Seçilən
42
45
azxebersport.az

10Mənbələr