AZ

"Qarabağ"ın rəqibləri bəlli oldu: tanış komanda və Almaniya təmsilçisi

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı iki rəqibi bəlli olub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi “Viktoriya”(Plzen) ilə qarşılaşacaq.

Matç iyulun 9-da baş tutacaq. Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək.

Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Kayzerslauten” önünə çıxacaq.

Əlavə edək ki, "Qarabağ" iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın ikinci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
sportal.az

3Mənbələr