AZ

“Qarabağ”ın Avstriyadakı iki rəqibi müəyyənləşdi

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı iki rəqibi bəlli olub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi “Viktoriya”(Plzen) ilə qarşılaşacaq. Görüş iyulun 9-da baş tutacaq. Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Kayzerslauten” ilə üz-üzə gələcək. Xatırladaq ki, “Qarabağ” iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın ikinci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
matc.az

3Mənbələr