AZ

AÇ-2024: Almaniya inamlı qələbə ilə 1/4 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/8 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, pley-offun ilk gününün ikinci qarşılaşması Dortmundda baş tutub.

Burada Avropa çempionatına ev sahibliyi edən Almaniya yığması Danimarka millisi üz-üzə gəlib.

“Siqnal İduna Park”da keçirilən oyunu İngiltərədən olan Maykl Oliver idarə edib. İlk hissədə Dortmunddakı qeyri-sabit hava şəraiti – güclü şimşək və leysan səbəbindən oyunda fasilə yaranıb. Matçın 35-ci dəqiqəsində baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb və komandaları paltardəyişmə otağına göndərib. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

Oyunun yekununda sevinən tərəf Almaniya yığması olub. İkinci hissədə rəqib qapısından iki top keçirən almanlar inamlı qələbə sayəsində 1/4 finala yüksəliblər.

Xatırladaq ki, daha öncə İsveçrə yığması İtaliya millisini 2:0 hesabıyla məğlub edərək ilk 1/4 finalçı olmuşdu.

AÇ-2024
1/8 final
29 iyun

Almaniya – Danimarka 2:0
Qollar: Kay Haverts, 53-pen. Camal Musiala, 68.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund. “Siqnal İduna Park”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
12
arena.az

10Mənbələr