AZ

AVRO-2024: Almaniya millisi 1/4 finalda -

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.Metbuat.az xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.***Matçda məcburi fasilə başa çatıb, oyun qaldığı yerdən davam edir.***Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü yağış səbəbindən fasilə yaranıb.Metbuat.az xəbər verir ki, Dortmunddakı "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.Qeyd edək ki, matçda hesab açılmayıb.***Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.Metbuat.az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.

Seçilən
161
6
metbuat.az

10Mənbələr