AZ

Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Bakı. Trend:

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndiərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdanaçılmış atəş nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumatdaxil olub.

Astara rayon prokurorluğundan Trend-ə bildirilib ki,araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlüBəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisiNamik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, dahasonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələrmüəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraqistintaq aparılır.

Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsialtında saxlanmaqla ona tibbi yardım göstərilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
13
az.trend.az

10Mənbələr