AZ

Astara sakini həmyerlisini qətlə yetirdi –SONRA DA ÖZÜNƏ ATƏŞ AÇDI

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967-ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az Astara Rayon Prokurorluğuna istinadən bildirir ki, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.

 

**23:57(29.06.2024)

 

İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini, 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi, 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.

Seçilən
74
3
senzor.az

10Mənbələr