AZ

Bu gün Milli Sevgililər Günüdür

Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir.

30 iyun tarixinin Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunması da məhz Fərizə və İlham Allahverdiyevlərin sevgilərini 1989-cu ilin bu günündə rəsmiləşdirmələri ilə bağlıdır.

Publika.az xatırladır ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir.

Azərbaycanda Sevgililər Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.

Belə ki, İlham və Fərizə cütlüyünün faciəli məhəbbət hekayəti milyonlarla azərbaycanlını kədərə boğub. Bu günün tarixçəsi qəmli olsa da, onların məhəbbətini Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.

1990-cı ilin gəlişi Allahverdiyevlər ailəsinə sevinc yox, kədər gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.

Seçilən
32
6
publika.az

7Mənbələr