Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində keçirilən Almaniya - Danimarka oyununda fasilə yaranıb.
“İki sahil” xəbər verir ki, yağışın güclənməsi və dolu yağması ilə əlaqədar olaraq hakim oyunu saxlayıb.
Qarşılaşmanın davam edib-etməyəcəyi hakimin qərarından asılı olacaq.
***
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Almaniya ilə Danimarka qarşılaşır.
“İki sahil” xəbər verir ki, Dortmundda "Siqnal İduna Park" stadionunda baş tutan oyunu ingiltərədən olan hakimlər briqadası idarə edir
AÇ-2024
1/8 final
29 iyun
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.
Məhərrəm Ağalaroğlu, “İki sahil”