AZ

Qaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var - FOTO

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.Mediaxeberleri.Az xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb.“Ford” və “VAZ-21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. “VAZ” avtomobilinin sürücüsünün meyiti nəqliyyat vasitəsində sıxılıb qaldığından əraziyə FHN-in xilasediciləri cəlb olunub. Digər bir nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib.Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
9
mediaxeberleri.az

10Mənbələr