AZ

DİN: Qaxdakı ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB, FOTO

Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Korrespondent.az-a bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

***22:53

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Korrespondent.az bildirir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Daha iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
6
korrespondent.az

10Mənbələr