AZ

Avro-2024: İlk 1/4 finalçı bəlli oldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində İsveçrə və İtaliya yığmalarının görüşü başlayıb.Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.Qeyd edək ki, görüşü polşalı hakim Şimon Marçinyak idarə edir.***37-ci dəqiqədə İsveçrə millisinin oyunçusu R.Freuler hesabı açıb: 1 - 0***45-ci dəqiqədə R.Varqas daha bir topu İtaliyanın qapısından keçirib: 2 - 0***Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
mediaxeberleri.az

10Mənbələr