AZ

AVRO-2024: İsveçrə İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Berlindəki Olimpiya stadionunda reallaşan matç isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı təyin edib.

Qeyd edək ki, bu nəticənin ardından 1/4 finala yüksələn İsveçrənin rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
16
operativmm.az

10Mənbələr