Türkiyənin Müdafiə Nazirliyi İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək məqsədi ilə əraziyə təyyarələrini göndərib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bununla əlaqədar məlumat Türkiyə Silahlı Qüvvələrinin “X” səhifəsində dərc edilib.
Bildirilib ki, orduya məxsus texnika İzmir Regional Meşə Təsərrüfatı İdarəsinə kömək məqsədi ilə əraziyə cəlb edilib.