Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub. Manset.az-ın məlumatına görə, hadisə şadlıq saraylarının birində qeydə alınıb. Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.