“Neftçi” daha bir transferini rəsmiləşdirib. Matc.az klubun saytına istinadən xəbər verir ki, millimizin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb. “Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb. Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta