AZ

“Neftçi”dən ilk transfer

“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferini həyata keçirib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ qaralar" Monteneqro milli komandasının üzvü Edvin Kuç ilə 3 illik müqavilə imzalayıb.

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub.

O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

Seçilən
105
28
90deqiqe.az

10Mənbələr