Ermənistan və Azərbaycan xarici işlər nazirləri NATO xarici işlər nazirlərinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunublar.
Azpost.info bildirir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceyms O’Brayen Bakıya səfəri zamanı keçirdiyi brifinqdə deyib.
Dövlət Departamenti rəsmisinin sözlərinə görə bu sammitə NATO-ya partnyor bütün ölkələrin nazirləri dəvət ediliblər.
O’Brayen Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında hər hansı görüşün gözlənildiyi barədə heç nə deməyib.
Ermənistan Xarici İşlər Nazirliyi iyunun 28-də AzadlıqR adiosunun erməni xidməti – Azatutyuna deyib ki, Ararat Mirzoyan belə bir dəvət alıb və onu qəbul edib.