AZ

Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin prezidenti ilə görüş olub

Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, Sürix Universitetinin (İsveçrə) Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışıb. Nazir vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində tibbin bütün sahələrində, o cümlədən kardiologiyada mühüm nəticələrin əldə olunmasının əsası qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var”.

 

Teymur Musayev çıxışında ürək-damar xəstəlikləri ilə qlobal mübarizənin təşviqi üçün vacib olan kardiologiyanın bütün spektrlərini əhatə edən ESC-nin fəaliyyətini yüksək qiymətləndirib. Nazir Avropa Kardioloqlar Cəmiyyətinin ürək-damar mütəxəssislərinin peşəkarlığını da qeyd edib: “Bu unikal şəbəkə bizə ürək-damar xəstəliklərinin təsirinin azaldılması istiqamətində geniş imkanlar yaradır”.

Seçilən
88
8
aztibb.az

9Mənbələr