AZ

Rusiyada yaşayış binası vuruldu - Ölənlər var 

Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb. 

Bakupost.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb: 

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” – qubernator belə yazıb. 


Telegram kanalımız
Seçilən
62
7
yenisabah.az

8Mənbələr