AZ

Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti ağırdır - TƏBİB

Bakı. Trend:

29.06.2024-cü il tarixdə 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəliyanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəolan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinəyerləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumatverilib.

"Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyətləriağır qiymətləndirilən şəxslərin hər biri daha ixtisaslı tibbixidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinəhospitalizasiya olunub", - deyə əlavə edilib.

Qeyd edək ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhərsakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminindəiçərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ciil təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü iltəvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü NiyaməddinKazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanayayerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərləhadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqatəhvil verilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
az.trend.az

4Mənbələr