AZ

Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti necədir?- TƏBİB-dən açıqlama

29.06.2024-cü il tarixdə 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən şəxslərin hər biri daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub”, – deyə əlavə edilib.

Qeyd edək ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
azpost.info

4Mənbələr