Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, havanın temperaturu gecə 20-23°, gündüz 27-32° olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 13-18° olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31