AZ

Sabah hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

İyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabahBakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağışyağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı,leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğrutədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 28-31° olacaq. Atmosfertəzyiqi normadan aşağı 752 mm civə sütunu olacaq. Nisbi rütubətgecə 80-90 %, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterliyağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər bəzi dağlıq rayonlarda arabir duman olacaq. Şərq küləyiayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 28-33°, dağlarda gecə12-17°, gündüz 18-23° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
3
az.trend.az

10Mənbələr