AZ

Nigeriyada yük maşını namaz qılan insanların üzərinə aşdı: 14 nəfər öldü

Nigeriyanın Kano əyalətində yük maşını namaz qılan insanların üzərinə aşıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi idarəsindən açıqlama verilib.
 
Belə ki, əyalətin Kaduna-Kano şossesində idarəetmədən çıxan yük maşını cümə namazı üçün toplanan şəxslərin üzərinə sürülüb.

Nəticədə, 14 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

Qeyd olunub ki, ölənlərin sayı arta bilər.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
azxeber.com

1Mənbələr