Nigeriyanın Kano əyalətində yük maşını namaz qılan insanların üzərinə aşıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi idarəsindən açıqlama verilib.
Belə ki, əyalətin Kaduna-Kano şossesində idarəetmədən çıxan yük maşını cümə namazı üçün toplanan şəxslərin üzərinə sürülüb.
Nəticədə, 14 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Qeyd olunub ki, ölənlərin sayı arta bilər.
Mikayıl