AZ

İranda prezident seçkilərinin yekun nəticəsi elan olundu

Bakı. Trend:

Ötən gün (28 iyun) İranda keçirilən 14-cü çağırış prezidentseçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib.

Trend-in məlumatına görə, bunu İran Daxili İşlər Nazirliyiyanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, növbədənkənar prezident seçkilərindəseçici aktivliyi 40% təşkil edib.

Eslami əlavə edib ki, yekun nəticə İranın Konstitusiya NəzarətŞurası tərəfindən təsdiqlənməlidir.

“Beləliklə namizədlərdən heç biri səslərin 50%-ni toplayabilmədiyi üçün 5 iyulda prezident seçkilərinin 2-ci turu MəsudPezeşkian və Səid Cəlili arasında baş tutacaq”, - deyə o qeydedib.

Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar”düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın AliLiderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi SəidCəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206min səs toplayıb.

Qeyd edək ki, hazırda İranda 61 452 321 nəfər seçici hüququnasahibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
az.trend.az

4Mənbələr