AZ

İranda prezident seçkilərinin yekun nəticəsi elan edildi - İkinci tur olacaq

Ötən gün (28 iyun) İranda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib.

Aznews.az xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

M.Eslami bildirib ki, növbədənkənar prezident seçkilərində seçici aktivliyi 40% təşkil edib.

Eslami əlavə edib ki, yekun nəticə İranın Konstitusiya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

“Beləliklə namizədlərdən heç biri səslərin 50%-ni toplaya bilmədiyi üçün 5 iyulda prezident seçkilərinin 2-ci turu Məsud Pezeşkian və Səid Cəlili arasında baş tutacaq”, - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
aznews.az

4Mənbələr