AZ

CƏRRAH, İSLAHATÇI, AZƏRBAYCANLI... - Pezeşkian İranın yeni prezidenti ola biləcəkmi?

İlkin nəticələr göstərir ki, İranda keçirilən növbədənkənar prezident seçkçilərinin birinci turunda qalib müəyyən edilməyib.

“AzPolitika” xəbər verir ki, İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və keçmiş səhiyyə naziri Məsud Pezeşkianın prezidentlik uğrunda mübarizəni seçkinin ikinci turunda davam etdirəcəyi gözlənilir. İkinci tur iyulun 5-də keçiriləcək.

Qanunvericiliyə görə, birinci turda qalib gəlmək üçün namizəd 50%-dən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir. İran seçki komissiyasının son rəsmi məlumatına görə, Pezeşkian 6 milyon, Cəlili 5,6 milyon (ümumilikdə 61 milyon seçici) səs toplayıb. İlkin nəticələrə görə, 4 namizəd arasında yeganə islahatçı namizəd olan Pezeşkian səslərin təxminən 43 faizini, mühafizəkarların nümayəndəsi Cəlili isə 39 faizini toplayıb.

Seçki ərəfəsində, əvvəllər o qədər də tanınmış adam olmayan Məsud Pezeşkian gözlənilmədən rəy sorğularında liderliyi ələ alıb. Peşəkar cərrah olan Məsud Pezeşkian ata tərəfdən azərbaycanlıdır. O, olduqca vicdanlı, ziyalı, təmiz adam reputasiyasına malikdir. Məhz buna görə, seçicilər ona üstünlük versə də, İranın real idarəçisi olan zümrənin Pezeşkianın qələbəsinə imkan verməyəcəyini proqnozlaşdıranlar çoxdur. Məsələ ondadır ki, seçkidə iştirak edən 4 namizəddən 3-ü mühafizəkar qanada aiddir və ilk turda 3-cü, 4-cü yeri tutan mühafizəkar namizədlərin öz seçicilərini Səid Cəliliyə səs verməyə çağıracağı şübhə doğurmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
azpolitika.info

2Mənbələr