Olaylar xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlarda vasitəçilik edən Qətər, Bayden administrasiyasından İsrail-Livan sərhədində "Hizbullah" və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün müraciət alıb.
"Hizbullah"ın sözçüsü bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qruplaşma Livanda qarşılıq verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər "Hizbullah" daha geniş razılaşmanı qəbul etməyəcək. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31