AZ

Qətər Hizbullah və İsrail arasında vasitəçi ola bilər

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Birləşmiş Ştatlar Qətərdən Livanın şiə Hizbullah partiyası ilə İsrail arasında münaqişənin həllinə yardım etməsini istəyib. Bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Onlar bildiriblər ki, Qəzza zolağında atəşkəsə dair İsrail və HƏMAS arasında danışıqlarda vasitəçilik edən Qətər, İsrail-Livan sərhədində Hizbullah və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün Bayden administrasiyasından müraciət alıb.

Hizbullah sözçüsü qəzetə bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qrup bir həftəlik fasilə ilə buna cavab verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər Hizbullah daha geniş razılaşmaya razı olmayacaq.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
7
oxumeni.az

10Mənbələr