Bakı, 29 iyun, AZƏRTAC
ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunun qrup mərhələsində II tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, D qrupunda Kolumbiya millisi Kosta Rika ilə qarşılaşıb. Görüş kolumbiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda adını 1/4 finala yazdırıb.
Qrupun digər görüşündə Braziliya yığması Paraqvaydan üstün olub – 4:1. Qrup mərhələsində ilk qələbəsini qazanan “sambaçılar” 4 xalla 2-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela və Uruqvay yığmaları 1/4 finala vəsiqəni təmin ediblər. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.