Qazax rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Quşçu Ayrım kəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.