AZ

Koman Fransa millisinin düşərgəsindən ayrıldı

2024-cü il Avropa çempionatının pley-off mərhələsi başlamazdan əvvəl Fransa millisinin cinah oyunçusu Kinqsli Koman komandanın düşərgəsini tərk edib. Matc.az “RMC Sport”a istinadən xəbər verir ki, futbolçu İsveçdə dördüncü övladının dünyaya gəlməsi ilə bağlı düşərgəni tərk edib. Bununla belə, Koman tez bir zamanda komandaya qayıdacaq və 1/8 final oyunu üçün heyətə daxil olacaq. Xatırladaq ki, Fransa yığması pley-off mərhələsində Belçika ilə qarşılaşacaq. Matç bazar ertəsi, iyulun 1-də Düsseldorfda baş tutacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
matc.az

2Mənbələr