AZ

Fransa millisinin üzvü düşərgədən ayrıldı

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi başlamazdan əvvəl Fransa millisinin cinah oyunçusu Kinqsli Koman  düşərgədən ayrılıb.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, futbolçu İsveçdə dördüncü övladının dünyaya gəlməsi ilə bağlı düşərgəni tərk edib. Bununla belə, Koman tez bir zamanda komandaya qayıdacaq və 1/8 final oyunu üçün heyətə daxil olacaq.

Xatırladaq ki, Fransa yığması pley-off mərhələsində Belçika ilə qarşılaşacaq. Matç bazar ertəsi, iyulun 1-də Düsseldorfda baş tutacaq.

Seçilən
78
1
msport.az

2Mənbələr