Nookat rayonunda leysan güclü selə səbəb olub
Qırğızıstanın Nookat rayonunda sel nəticəsində azı beş nəfər ölüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Nookat rayonunda leysanın səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, - nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bununla belə, ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta