Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağış və külək nəticəsində hava limanının damı uçub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Təcili yardım qrupları hadisədə yaralananlara tibbi yardım göstərildiyini qeyd etdi. Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. İndigo və Spicejet Hava Yolları uçuşları ləğv etdiklərini bildirdilər.
Dehli Hava Limanından edilən son açıqlamada, "Terminal 3 və Terminal 2-dən bütün gələn və gedən reyslər tam fəaliyyətdədir. Terminal 1-in gəliş nöqtəsində də uçuşlar həyata keçirilir. Bununla belə, Terminal 1-dən həyata keçirilən uçuşlar yerli vaxtla saat 14.00-a qədər ləğv edilib",- deyə qeyd edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta