AZ

“Qalatasaray” Ziyeşin transferini rəsmiləşdirib

Bakı. Trend:

Hakim Ziyeş “Qalatasaray”ın tamhüquqlu futbolçusu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə onunkeçmiş klubu “Çelsi” məlumat yayıb.

Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Ziyeşinmüqaviləsində azad transfer maddəsi yer alıb. İstanbul klubu buhüquqdan istifadə edərək 31 yaşlı futbolçu ilə 1+1 illik müqaviləimzalayıb. Hakimin illik maaşı 2,85 milyon avro olacaq.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi ötən mövsümdə 23 oyunda 8qol və 4 ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
8
az.trend.az

10Mənbələr