AZ

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında məlumat verib.

“ABŞ Dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan da daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir. Hər iki ölkənin bu tədbirdə iştirakını gözləyirik. Bu xarici işlər nazirləri səviyyəsində bir görüş olacaq. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək”, - deyə Ceyms O’Brayn vurğulayıb.

Mənbə: AZƏRTAC

Seçilən
98
50
ilk.az

10Mənbələr